Xəbərlər

Azərbaycan dilini sevək, qoruyaq və yaşadaq!

29 İyun 2022, 16:30

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi sahibkarlar arasında maarifləndirmə işlərini davam etdirir. Qurum açıq məkandakı reklamlarda dövlət dilinin təşviqi və ondan düzgün istifadə qaydaları ilə  bağlı xüsusi broşürlər hazırlayıb. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gələn broşürlərin Bakı ilə yanaşı regionlardakı sahibkarlara paylanılması prosesinə başlanılıb. Məlumat vərəqələrində “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunların müddəalarından çıxarışlar, eləcə də reklamlarda ədəbi dil normalarından istifadə üçün əyani misallar yer alıb. Eyni zamanda qeyd olunub ki, açıq məkanda reklam üçün nəzərdə tutulmuş qanunlara zidd hallara rast gələnlər reklam lövhələrinin şəklini çəkib #ADRAgovaz, #monitorinqmerkezi həştəqləri ilə paylaşa, eləcə də hər iki qurumun sosial şəbəkələri vasitəsi ilə məlumat verə bilərlər.

Digər xəbərlər