Xəbərlər

ADRA əməkdaşlarına “British Council” və “Cultural Associates Oxford”un sertifikatları təqdim olunub

30 İyun 2022, 15:00

 

“British Council” ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yeni onlayn “Yaradıcı iqtisadiyyatın dəstəklənməsi: tənzimləyici qurumlar üçün proqram”ına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları da qatılıb. Təlimin keçirilməsində məqsəd yaradıcı iqtisadiyyatın inkişafının dəstəklənməsi olub.    Azərbaycanda müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçularına təklif edilən bu  proqram 10 həftə ərzində onlayn formatda, ingilis dilində keçirilib. Proqramı tamamlamış ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir və həmin şöbənin Baş mütəxəssisi Səbinə Abbasovaya “British Council” və “Cultural Associates Oxford”un sertifikatları təqdim edilib. Qeyd edək ki, “Yaradıcı iqtisadiyyatın dəstəklənməsi: tənzimləyici qurumlar üçün proqram” yerli, regional və mərkəzi hökumət orqanlarında çalışan əməkdaşlar üçün müstəqil təlim metodlarına əsaslanan onlayn kursdur. O, dövlət qulluqçularının yaradıcı iqtisadiyyat haqqında biliklərinə əsaslanaraq, onlara bu sahədə siyasət hazırlaması üçün məlumatlar, tematik araşdırmalar və praktiki biliklər verir. Eyni zamanda proqram siyasətçilərə ölkələrində yaradıcı və mədəniyyət sənayelərini dəstəkləmək üçün yeni ideya və alətlər verərək, onların Birləşmiş Krallıqla əlaqələrini və qlobal peşəkar şəbəkələrini genişləndirməyə xidmət edir.

Digər xəbərlər