Xəbərlər

“Reklamlarda dil” mövzusu sahibkarlarla görüşdə müzakirə olunub

1 İyul 2022, 13:00

 

İş adamlarının maarifləndirilməsi istiqamətində Marsolun təşkil etdiyi növbəti görüşdə sahibkarla yanaşı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir iştirak edib. O, açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurum təmsilçisi kimi “Reklamlarda dil” mövzusunda təqdimatla çıxış edib. İş adamları reklam sahəsində dil normalarında uyğunsuzluq və texniki şərtlərin ödənilməməsi haqqında maarifləndiriliblər. Təqdimatdan sonra açıq məkanda reklamı olan sahibkarların sualları cavablandırılıb.

Digər xəbərlər