Xəbərlər

ADRA əməkdaşları üçün “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbirləri keçirilib

1 İyul 2022, 15:21

 

May və iyun ayları ərzində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) İnsan resursları və katiblik şöbəsinin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə əməkdaşlar üçün “Icbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Agentliyin regional idarələrinin təmsilçiləri üçün onlayn və əyani formatda təşkil edilən tədbirlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri təqdimatla çıxış edərək iştirakçıların suallarını cavablandırıblar. Təqdimatlar icbari tibbi sığorta haqları, xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, tibbi xidmətlərdən istifadə qaydası, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydasına dair mövzuları əhatə edib. Maarifləndirmə tədbirlərində ümumilikdə ADRA-nın 208 nəfər əməkdaşı iştirak edib.

Digər xəbərlər