Xəbərlər

ADRA yanında İctimai Şuranın növbəti iclası keçirilib

27 İyul 2022, 17:00

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın növbəti iclası olub. Şuranın sədri Məmməd Şamil oğlu Şahməmmədov səhhəti ilə bağlı istefa verdiyindən, iclasda yeni sədrin seçilməsi üçün səsvermə keçirilib. İctimai Şuranın sədr müavini olan Samir Tahir oğlu Cəfərov səs çoxluğu ilə şuranın sədri, şuranın üzvü Zahid Cəlil oğlu İsmayılov isə onun müavini seçilib. İclasda həmçinin açıq məkan reklamı sahəsinin kreativ inkişaf yolları, reklam bazarının stimullaşdırılması, gələcəkdə sahibkarlarla məlumatlandırıcı təlim və görüşlərin, aidiyyəti mövzular üzrə ictimai dinləmələrin keçirilməsi, o cümlədən şuranın fəaliyyət istiqamətləri üzrə maarifləndirmə tədbirlərinin təşkili və digər təşkilati-texniki məsələlər müzakirə olunub.

Digər xəbərlər