Xəbərlər

ADRA əməkdaşları “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbirdə iştirak ediblər

23 Sentyabr 2022, 12:20

 

Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbirə ev sahibliyi edib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühitinin daha dayanaqlı xarakter almasına töhfə vermək olub. İki gün davam edən konfransda yerli və əcnəbi mütəxəssislər texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə fikir mübadiləsi aparıblar. “Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər” başlığı altında təşkil olunan tədbirdə 7 fərqli panel üzrə müzakirələr keçirilib. Panellər yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin çıxışları və məruzələri ilə formalaşıb.

Tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin “Nozomi”, “CheckPoint”, “SocRadar”, “Crowdstrike”, “Palo Alto Networks”, “Avnon Group”, “Nubs Group”, “Agritask”, “Pyramid Analytics”, “See Security”, “MONT”, “Elcore”, “Bakotech”, “Softprom” kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gəliblər.

 

Digər xəbərlər