Xəbərlər

ADRA nümayəndələri turizm sahəsində fəaliyyət göstərən sahibkarların suallarını cavablandırıblar

26 Sentyabr 2022, 10:23

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı, Gəncə və Lənkəranda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və maliyyə qurumlarının nümayəndələri, eləcə də regionda kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər. Tədbirlərdə KOBİA, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə seçilmiş kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, açıq məkanda reklamların yayımı, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər