Xəbərlər

Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunan “Bakı Dizayn Festivalı” keçirilib

26 Sentyabr 2022, 17:00

 

ADRA-nın tərəfdaşlığı ilə Graphic Design Azerbaijan qrupu və Rəsul Həsənin təşkilatçılığı ilə EGP Arenada keçirilən festivalda müxtəlif yaradıcılıq stendləri, art instalyasiyalar sərgilənib. Yaradıcılıq zonasının əsas bu ilki mövzusu qlobal istiləşmə və su problemlərinə yönəlib. Festival çərçivəsində rəssamlar damcı şəkilli maket üzərində rəsmlər çəkiblər, qraffiti rəssamları isə onlar üçün ayrılmış xüsusi zonada öz yaradıcılıqlarını nümayiş etdiriblər. Festivalda xalq rəssamı Arif Hüseynov, kreativ direktor Orxan Kərimov, memar Aytac Əkbərli, kreativ direktor ABD Malik, fotoqraf Raj Steven, kreativ direktor Ersel Serdarlı çıxış edərək böyük təcrübələrini auditoriya ilə bölüşüblər. Tədbir çərçivəsində ADRA-nın fasad reklamları ilə bağlı hazırladığı layihənin yaradıcı insanlara təqdimatı da baş tutub. ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir açıq məkan reklamlarında kreativ dizayların önəmindən danışıb. Festival zamanı 44 günlük Vətən Müharibəsində iştirak edən dizaynerlərə hədiyyələr də təqdim olunub.

Digər xəbərlər