Xəbərlər

Şəhidlərimizi qürur və ehtiramla anırıq!

27 Sentyabr 2022, 11:03

44 gün ərzində igid oğullarımızın, qəhrəman hərbçilərimizin rəşadəti sayəsində, şəhidlərimizin qanı hesabına tariximizə zəfər sevinci yazıldı. Bu gün azad olunan torpaqlarımızda qürurla üçrəngli bayrağımız dalğalanır. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz hər birimizin fəxarət ünvanıdır. Şəhidlərimizin xatirəsini yad etmək üçün 27 sentyabr - Anım Günü ilə bağlı paylaşımlar paytaxt Bakı ilə yanaşı, bütün regionlardakı reklam qurğularında yayımlanır. Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər