Xəbərlər

ADRA əməkdaşları ənənəvi olaraq Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr olunan aksiyada iştirak ediblər

29 Sentyabr 2022, 11:15

 

Beynəlxalq Sahilyanı Təmizlik Günü Azərbaycanda “Xəzəri qoruyaq!” şüarı ilə bütün Xəzər sahili əraziləri əhatə edir. Aksiya sentyabrın 7-dən 16-dək Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Neftçala, Lənkəran və Astarada təşkil olunub. Sentyabrın 28-dən isə ümumilikdə mindən çox könüllünün iştirakı ilə Bakı şəhərində irimiqyaslı aksiyalar şəklində davam etdirilir. ADRA əməkdaşları ənənəvi olaraq builki aksiyada da iştirak ediblər.

“Xəzəri qoruyaq!” təmizlik aksiyasının keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma prinsiplərini təbliğ etməkdir. Qeyd edək ki, son 30 ildə dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycanda son 10 il ərzində keçirilən “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik aksiyaları çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib.

Digər xəbərlər