Xəbərlər

ADRA əməkdaşları Türkiyədə keçirilən “Yaradıcı Sənayelər üzrə Beynəlxalq Siyasət Forumu”na qatılıblar

25 Noyabr 2022, 10:39

 

İstanbulda təşkil olunan forumun məqsədi mədəniyyət və yaradıcı sənayelər daxilində müasir inkişaflar və imkanlar haqqında anlayışı artırmaqla Geniş Avropada yaradıcı iqtisadiyyatın böyüməsini dəstəkləməkdir. “British Council”un təşkil etdiyi forumun sessiyalarında davamlı inkişaf, yeni biznes modellərinin yaranması, kreativ şəhərlərin yüksəlişi, sürətlə inkişaf edən texnologiya, məzmunun yaradılması və yayılmasına innovativ yanaşmalar kimi mövzular müzakirə edilib. Tədbirdə böyük kreativ iqtisadiyyat natiqləri çıxış edərək iştirakçıların suallarını cavablandırıblar. ADRA əməkdaşlarının onlayn qatıldığı forum Geniş Avropa (Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Ukrayna və Qərbi Balkanlar) və PEC Beynəlxalq Şurası üzvləri ölkələrinin ekspertləri ilə birlikdə yaradıcı sənayelər sahəsində beynəlxalq səviyyədə qarşılıqlı əlaqə və yeni əlaqələr qurmaq imkanı təklif edir.

Digər xəbərlər