Xəbərlər

ADRA və AFRA nümayəndələrinin növbəti görüşü keçirilib

6 İyul 2023, 07:28

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi sahibkarlıq və sosial-iqtisadi sahələrdə fəaliyyət göstərən ictimai birlik və konfederasiyalarla görüşlər həyata keçirməyi davam etdirir. Agentliyin İdarə Heyəti sədrinin müavini Fəxri Abdullayev, Aparatın rəhbəri Nahid Qasımov, İdarə Heyəti sədrinin müşavirləri Abbas Əskərxanov, Fərid Dadaşov və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Novruzinin başçılıq etdiyi heyətlərin görüşündə açıq məkandakı reklamlar müzakirə olunub. Assosiasiyanın nümayəndə heyətinin üzvlərinə fasad reklamlarının texniki tələbləri ilə əlaqədar məlumat verilib. Görüş əsnasında AFRA nümayəndələrinin təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı pandemiyadan sonrakı müddətdə geyim sənayesində dövriyyənin artması və bunun nəticəsində reklama ayrılan büdcənin də yüksəlməsinin müşahidə olunduğu qeyd edilib. 230-dan çox geyim mağazasını özündə birləşdirən Assosiasiya üzvlərinə Bakı şəhərində fasad reklamları, açıq məkan reklamları sahəsindəki  innovativ yeniliklər barədə də məlumat verilib. Qeyd edək ki, Agentlik tərəfindən ictimaiyyətin maarifləndirilməsi istiqamətində vətəndaş cəmiyyətlərinin iştirakçılığının təmin edilməsi məqsədilə bu tip görüşlər davamlı olaraq həyata keçirilir.

 

 

Digər xəbərlər