Xəbərlər

ADRA səmərəli əməkdaşlığa görə təltif olunub

11 İyul 2023, 09:17

 

Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib. Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən tədbirdə ENEZARET Platformasının 2 illik fəaliyyətinin yekunlarına dair qısa təqdimat edilib. Təqdimatda Platformaya daxil olan müraciətlərin regional əhatə dairəsinin genişlənməsi və regionlardan daxil olan müraciətlərin sayındakı artım xüsusilə vurğulanıb.  Müvafiq hesabat dövrü ərzində 31 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılmasında və bu müraciətlərdə qeyd olunan problemlərin həllində Platforma ilə əməkdaşlıq edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi səmərəli əməkdaşlığa görə təltif olunub. Onlayn İctimai Nəzarət Platforması tərəfindən keçirilən “Fəal vətəndaş-6” müsabiqəsinin nəticələri də elan olunub və qaliblər mükafatlandırılıb. Qeyd edək ki, ENEZARET Platforması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti  (ECSOFT) layihəsi çərçivəsində MG Consulting MMC tərəfindən həyata keçirilən layihədir. ENEZARET Platforması vətəndaşlardan onları narahat edən infrastruktur və abadlıqla əlaqədar müxtəlif problemlərlə bağlı müraciətləri qəbul edir və aidiyyəti dövlət qurumlarına yönəldərək onların həllinə nail olur. 2 illik fəaliyyətin yekunlarına görə problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb

 

Digər xəbərlər