Xəbərlər

Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları

13 Noyabr 2023, 13:00

 

Gənc Mühasiblər İctimai Birliyinin “Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsi yekunlaşıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin əsas məqsədi dövlət, özəl sektor və QHT əməkdaşlığı sahəsində mövcud problemlərin araşdırılması, müzakirəsi və bu istiqamətdə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsindən ibarət olub. ADRA-nın mətbuat katibi Hüseyn Azərinin də iştirak etdiyi növbəti dəyirmi masada Platformanın Əsasnaməsinin ilkin versiyası iştirakçılara təqdim edilib. Dövlət, özəl və QHT sektorundan olan nümayəndələr Əsasnamə və Platformanın fəaliyyəti ilə bağlı təkliflərini irəli sürüblər. Sonda yekun müzakirələr keçirilib və hər 3 sektoru əhatə edən məsələlər qeydə alınıb. Layihə nəticəsində hər 3 sektorun əməkdaşlığının gücləndirilməsi fəaliyyəti aparılıb, sektorlararası şəffaflığın artması və effektiv əməkdaşlığın təmini istiqamətində addımlar atılıb.

 

Digər xəbərlər