Xəbərlər

Agentlikdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

17 Noyabr 2023, 11:00

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirildi. Agentlikdə Aparatın İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin Hüquq sektorunun baş mütəxəssisi Elza Şamxayzadən təqdimatında “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda baş tutan təlimdə azyaşlılara hüquqları barədə ətraflı məlumat verildi, bu sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı danışıldı, onlara davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən təqdimat həyata keçirildi. Təlim zamanı iştirakçılara uşaq hüquqları barədə tapşırıqlar verildi, diskussiya aparıldı, tədbirin sonunda isə sertifikat və hədiyyələr təqdim edildi. 
20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkilində əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir. Konvensiya dünya birliyinin uşaqlarla bağlı ən ülvi arzu və istəklərinin dəqiq, hərtərəfli ifadəçisi kimi insan hüquqları sahəsindəki beynəlxalq sənədlər sırasında xüsusi yer tutur. Onların bu sahədə maariflənməsi cəmiyyətin sağlam təməllər üzərində qurulmasına səbəb olur. 
 

Digər xəbərlər