Xəbərlər

ADRA rəhbərliyi ilə Mərkəzi Bankın rəhbərliyi arasında görüş keçirilib

1 Mart 2024, 14:45

 

Azərbaycan Respublikası Dövlət Reklam Agetliyinin (ADRA) İdarə Heyətinin sədri Aydın İbadov və Mərkəzi Bankın (AMB) Baş direktoru Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin ADRA-da təşkil edilən görüşündə bankların açıq məkandakı reklamları ilə bağlı məsələlər müzakirə edilib, dövlət qurumu ilə özəl sektorun qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışılıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin də iştirak etdiyi görüşdə Agentliyin fəaliyyətə başladığı dövrdən müvafiq sahədə sahibkarların işinin xeyli asanlaşdığı vurğulanıb, bankların üzləşdiyi bəzi çətinliklərdən, onların aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən görülən tədbirlərdən söhbət açılıb. Sonda görüş iştirakçıları  birgə işçi qrupun yaradılması haqda razılığa gəliblər. Tədbirdə belə görüşlərin gələcəkdə də keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Digər xəbərlər