Xəbərlər

2024-cü ilin 1-ci rübündə açıq məkanda 65000-dən çox reklamın yayımına icazə verilib

2 Aprel 2024, 10:45

 

     2024-cü ilin 1-ci rübündə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin ərazi reklam idarələrinə açıq məkanda reklam yerləşdirilməsi üçün 16083 müraciət daxil olub. Daxil olan müraciətlərin bəzilərində bir neçə reklam yayımı nəzərdə tutulub. Müvafiq dövr ərzində ADRA-nın ərazi reklam idarələri tərəfindən 67545 reklamın yayımına icazə verilib.

Digər xəbərlər