Xəbərlər

ADRA-nın İdarə Heyətinin sədri ölkədəki reklam operatorlarının rəhbərləri ilə görüşüb

2 May 2024, 14:00

 

    Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə yeni sədr təyin olunan Fərhad Adıgözəlov Azərbaycanda fəaliyyət göstərən reklam operatorlarının rəhbərləri ilə görüşüb. Görüşdə açıq məkandakı reklam qurğularına sahib olan iş adamlarının qurumla əməkdaşlıq məsələləri müzakirə olunub, onların üzləşdiyi bəzi çətinliklərin həlli yolları araşdırılıb. Danışıqlar zamanı reklam bazarındakı mövcud vəziyyət təhlil edilib, açıq məkanda reklam qurğuları quraşdırılarkən digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Paytaxtla yanaşı regionlarda da yeni nəsil reklam qurğularının təşviq edilməsi, mövcud reklam daşıyıcılarının isə mütəmadi təmizlənməsinin vacibliyi qeyd edilib. ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli COP29 tədbiri ilə bağlı açıq məkanda reklam qurğularına sahib iş adamlarına müvafiq tövsiyələrini verib, belə görüşlərin əhəmiyyətini vurğulayaraq onların mütəmadi keçiriləcəyini bildirib.

Digər xəbərlər