Xəbərlər

ADRA-nın İdarə Heyətinin sədri F.Adıgözəlov hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimat mərasimində iştirak edib

4 İyul 2024, 10:00

    Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Azərbaycan Hotel Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov və Avropa Ulduz Təsnifatı Birliyinin ("Hotel Stars Union”) prezidenti Markus Luthe çıxış ediblər. Milli Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlamın "Azərbaycan Hotel Ulduz Təsnifatı Sistemi: Cari vəziyyət və nəticələr", Azərbaycan Turizm Bürosunun Sənayenin inkişafı departamentinin direktoru Aytən Əlizamanlının "Hotel Dayanıqlılıq Əsasları” proqramı mövzularında təqdimatı olub. Sonra turistlərə hotel və digər yerləşmə vasitələrini daha rahat şəkildə rezerv etmək imkanı yaradan ilk Milli Rezervasiya Platformasının təqdimatı keçirilib. Qeyd olunub ki, yerli rezervasiya platformasından istifadə edən hotellər, qonaq evləri, o cümlədən digər yerləşmə vasitələrinə imtiyaz və güzəştlər şamil ediləcək. Sonda Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi ilə bağlı mükafatlandırma mərasimi olub.

Digər xəbərlər