Ərazi reklam idarə rəislərinin hesabat iclası keçirilib
Oktyabrın 4-də Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatında ərazi reklam idarələri rəislərinin hesabat iclası keçirilib. ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun sədrliyi ilə keçirilən iclasda ərazi reklam idarələrinin rəisləri cari ilin 9 ayının yekunları ilə bağlı hesabatları təqdim ediblər. Toplantıda 2024-cü il ərzində verilən tapşırıqların icra vəziyyətinə baxılıb, gələcək hədəflər müəyyənləşdirilib. Bildirilib ki, indiyədək açıq məkandakı reklamlarla bağlı qanunvericilik aktlarının tələblərinə uyğun xeyli işlər görülüb, nöqsan aşkarlanmış reklamların yayımının qarşısı alınıb, lakin bu istiqamətdə görülməli işlərin çox olduğu vurğulanıb. Açıq məkanda reklamlara icazə verilərkən dövlət dili ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşmağın vacibliyini diqqətə çatdıran İdarə Heyətinin sədri bu sahədə maarifləndirmə işlərinin daha da sürətləndirilməsinin əhəmiyyətindən danışıb. Reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə də diqqət yetirilməsinin vacibliyi qeyd olunub. Qarşıya qoyulmuş hədəflərə qıza zaman ərzində çatmaq üçün Agentliyin Aparatı ilə koordinasiyalı şəkildə işləməkdən əlavə müvafiq qurumlarla birgə iş fəaliyyətinin də əhəmiyyətinə toxunulub.