Xəbərlər

ADRA “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının rəsmi tərəfdaşıdır

17 Dekabr 2024, 10:00

 

    “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının möhtəşəm açılışı baş tutub. Yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir.

    2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. Yarmarkadan toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqları olurlar. Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

    Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq”, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərybaycan Hava Yolları, E-point, Strafor Kəsim, Hazır Cavab-dır. “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sponsor – “Pasha Holding”, “Azercell”, “Coca-Cola”, “Birbank”, “R Group Holding”, “Haribo”, “Ozmo”, “Tess”, “Lays”, “Nesquik”, “Pampers”, “Eatme”, “Chocolatier”, “Fettycheese”, Vyana Şokolad Evi, Xırta-Xırt, “Corndogs”, Atabey Çiğköfte şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

Digər xəbərlər