Xəbərlər

ADRA-nın iş prinsipi 84 % əla, 13% yaxşı, 3% kafi qiymətləndirilib

24 Dekabr 2024, 11:10

 

    Açıq məkan reklamını rəsmiləşdirmiş sahibkarların əksəriyyəti (94%) ADRA ilə əməkdaşlıqdan razıdır. Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələri vasitəsilə aparılan sorğunun nəticəsi belədir. Səsvermənin nəticəsinə görə, sahibkarların yalnız 3 faizi qurumla əməkdaşlıqdan narazı qalıb, 3 faizi isə qismən razı qalıb. Sorğuda iştirak edənlərin əksəriyyəti (86%) reklamını rəsmiləşdirərkən heç bir çətinliklə üzləşmədiyini bildirib. Agentliyin müfəttişlərinin peşəkarlığı az sayda sahibkarı (9%) qane etməyib. İştirakçıların 94 faizi açıq məkandakı reklamlarla bağlı onlara lazım olan məlmatları Agentliyin rəsmi internet səhifəsi və Çağrı Mərkəzindən əldə edə biliblər. Ümumiyyətlə ADRA-nın iş prinsipini 84 % əla, 13% yaxşı, 3% kafi qiymətləndirib.

 

 

Digər xəbərlər