Sahibkarlar “Reklam qurğularına Texniki Tələblər”ə edilən bəzi dəyişikliklər barədə maarifləndiriliblər
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”ə edilən son dəyişikliklərin bəziləri barədə broşür hazırlanıb. Açıq məkanda reklamı olan sahibkarların maarifləndirilməsi məqsədilə hazırlanan broşürlər kağız deyil, onlayn kataloq formatında iş adamlarına çatdırılıb. SMS vasitəsilə keçid kimi ( https://bit.ly/49OSpwN ) 7000 sahıbkara göndərilən vəsaitdə QR kodu oxutmaqla bu qərarın bütün müddəaları ilə də tanış olmaq mümkündür. Maarifləndirmə işinin bu formatda aparılması kağız israfının azaldılmasına hesablanıb. Ətraf mühiti və təbii sərvətləri gələcək nəsillər üçün qorumaq hər birimizin borcudur. Gəlin həm də Yaşıl dünya naminə həmrəy olaq!