Xəbərlər

Açıq məkanda reklamı olan sahibkarlarla görüş keçirilib

24 Yanvar 2025, 17:20

 

    Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi və onların qarşılaşdığı bəzi məsələlərin müzakirəsi məqsədilə növbəti görüş təşkil edib. Ağdamın Quzanlı kəndində keçirilən görüşdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Bərdə Regional Reklam İdarəsinin əməkdaşı Ayxan Qəhrəmanlı da iştirak edib. ADRA təmsilçisi açıq məkanda reklam fəaliyyəti ilə məşğul olan sahibkarlara mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Tədbirin əsas məqsədi dövlət qurumları ilə sahibkarlar arasında birbaşa dialoqu gücləndirmək və onların təkliflərini dinləmək olub. Tədbirdə bu cür görüşlərin davamlı olacağı bildirilib.

Digər xəbərlər