Xəbərlər

ADRA üzrə YAP-ın aidiyyəti ərazi ilk partiya təşkilatı yaradılıb

25 Yanvar 2019

      Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) üzrə Yeni Azərbaycan Partiyasının (YAP) aidiyyəti ərazi ilk partiya təşkilatı yaradılıb. Bununla bağlı keçirilən tədbirdə çıxış edən Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.

    Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Dövlət Reklam Agentliyi əməkdaşlarının bu təşəbbüsünü alqışlayıb və onların dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyinin əhəmiyyətini vurğulayıb.

    Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlarla komplektləşdirilib və onların əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusundadır. Sonda Agentlik üzrə Yeni Azərbaycan Partiyasının aidiyyəti ərazi ilk partiya təşkilatının sədri qurumun Monitorinq və nəzarət şöbəsinin mütəxəssisi Lalə Tahirli seçilib.

Digər xəbərlər