Xəbərlər

Sahibkarların əksəriyyəti ADRA ilə əməkdaşlıqdan məmnundur

28 İyun 2019, 00:00

   Açıq məkan reklamını rəsmiləşdirmiş sahibkarların əksəriyyəti (61%) ADRA ilə əməkdaşlığı çox yüksək qiymətləndirir. Agentliyin 2019-cu il yanvar-may ayları ərzində reklamlarını qeydiyyatdan keçirmiş 4000 sahibkara SMS vasitəsilə ünvanladığı sorğunun nəticələri bunu deməyə əsas verir. Səsvermənin nəticələrinə görə, sahibkarların yalnız 20 faizi qurumla əməkdaşlıqdan narazı qalıb, lakin çoxu (86%) reklamını rəsmiləşdirərkən heç bir çətinliklə üzləşmədiyini bildirib. Sorğu hazırda ADRA-nın rəsmi saytında davam edir. İrad və təkliflər həm sorğunun özündə qeyd oluna bilər, həm də 1412 Çağrı Mərkəzinə zəng vurularaq şifahi bildirilə bilər.

Digər xəbərlər