Xəbərlər

Gəncə və Sumqayıtda açıq məkanda reklamı olan sahibkarlarla görüş keçirilib

29 Aprel 2024, 15:00

    Sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Gəncə və Sumqayıt şəhərlərində bir sıra dövlət qurumları ilə yanaşı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndələrinin də sahibkarlarla görüşləri təşkil edilib. Açıq məkanda reklamı olan sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanan görüşdə iş adamlarının suallarını Gəncə Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müdiri Ramin Kazımov və Sumqayıt Regional Reklam İdarəsinin İcazə və razılaşdırma şöbəsinin müdiri Zaur Nəbiyev cavablandırıblar. Maarifləndirmə xarakterli görüşlərdə bu sahədə qanunvericiliyə edilən son dəyişikliklər barədə məlumat verilib, Agentliyin 1412 Çağrı Mərkəzinin iş adamlarının suallarını operativ şəkildə cavablandırmağa hazır olduğu diqqətə çatdırılıb, eyni zamanda qurumun KOB evlərində də sahibkarlara xidmət göstərdiyi vurğulanıb.

Digər xəbərlər