Xəbərlər

Bakı şəhərinin bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarx yayımlanır

7 İyul 2020, 00:00

            Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Azərbaycan Dövlət Reklam Agentliyinin  təşkilatçılığı ilə narkomaniya ilə bağlı xüsusi şüarlardan hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarxın Bakının bir sıra küçə və prospektlərindəki elektron lövhələrdə yayımını həyata keçirib. 

            Qeyd olunan sosial çarx “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yayımlanır.

 

Digər xəbərlər