ADRA əməkdaşları daxili iməclikdə iştirak ediblər
Bakı şəhərində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların qarşısı elə həmin gün paytaxtın kommunal və digər xidmət işçiləri tərəfindən operativ şəkildə alınıb. Eyni zamanda küləyin yaydığı toz-torpağın binaların fasadlarından, mağaza, ictimai iaşə və digər obyektlərin vitrinlərindən, reklam lövhələrindən təmizlənməsi zərurəti yaranıb.
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyri-sabit havanın fəsadlarının tam qaldırılması və şəhərdə genişmiqyaslı təmizlik işlərinin aparılması məqsədi ilə iyul ayının 31-i səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı daxili iməclik keçirilib. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin rəisi Rafail Hüseynovun başçılığı ilə qurumun əməkdaşları da açıq məkanda yerləşən reklam lövhələrinin təmizlənməsi prosesində iştirak ediblər. Agentliyin əməkdaşları ilə yanaşı mağaza, ictimai iaşə və digər obyektlərin nümayəndələri də bu prosesə qoşulublar. Belə ki, Agentlik əməkdaşlarının müraciəti ilə fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, açıq məkandakı reklam daşıyıcıları təmizlənib.
Digər xəbərlər