ADRA-nın kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Uşaq Evinin sakinlərini ziyarət edib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində qonaq olub.
Tədbir çərçivəsində uşaqlar üçün maraqlı və əyləncəli proqram təşkil edilib. Animatorların iştirakı ilə keçirilən şənlikdə uşaqlar müxtəlif oyunlara cəlb olunub, musiqili və interaktiv çıxışlarla əyləniblər.
Belə təşəbbüslərin uşaqların sosial rifahının artırılması və onların cəmiyyətə inteqrasiyasına töhfə vermək məqsədi daşıdığı bildirilib. Tədbir balaca sakinlərin sevincinə səbəb olub və maraqlı anlarla yadda qalıb.
Dövlət Reklam Agentliyi gələcəkdə də bu qəbildən olan sosial layihələrə dəstəyini davam etdirməyi planlaşdırır.