Xəbərlər

ADRA MDB ölkələri reklamçılarının beynəlxalq konfransında

15 Sentyabr 2021, 11:20

 

MDB ölkələri reklamçılarının 1-ci beynəlxalq onlayn konfransı keçirilib. Rusiyanın Kommunikasiyalar Agentlikləri Assosiasiyasının (AKAR) təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini (ADRA) İdarə Heyəti sədrinin müşaviri Fərid Dadaşov və Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir təmsil ediblər. Reklam sektoru üzrə Rusiyanın ən böyük platforması olaraq aparıcı reklam agentliklərinin, ictimai təşkilatların, marketinq, araşdırma və media şirkətlərinin rəhbərləri də daxil olmaqla 2700 peşəkarı özündə birləşdirən Assosiasiyanın bu beynəlxalq konfransı keçirməkdə məqsədi MDB ölkələrinin bu sahədəki təcrübəsini öyrənib, qarşılıqlı əməkdaşlıq çərçivəsində onun inkişafı istiqamətində zəruri addımların atılmasıdır. Onlayn formatda baş tutan konfransı Rusiyanın Kommunikasiyalar Agentlikləri Assosiasiyasının (AKAR) vitse-prezidenti Valentin Smolyakov  açaraq iştirakçıları salamladıqdan sonra Rusiya, Tacikistan, Moldova və digər MDB ölkələrinin reklam mütəxəssisləri bu sahədə hazırkı vəziyyət və gələcəkdə görüləcək işlər barədə təqdimatlar ediblər. Beynəlxalq konfransda Dövlət Reklam Agentliyinin reklam sahəsində tətbiq etdiyi texnoloji yeniliklər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Onlar Azərbaycanın bu sahədə həyata keçirdiyi yeniliklərin - onlayn İcazələr Sistemi və reklam qurğularını 360 dərəcə təsbit edən texnologiyanın ölkələrində də tədbiqi üçün qarşılıqlı təcrübə mübadiləsinin aparılması istəklərini ifadə ediblər.

Digər xəbərlər