Xəbərlər

Reklamın biznesdəki rolu sahibkarlarla görüşdə müzakirə edilib

16 Sentyabr 2021, 11:20

 

Azərbaycanda fəaliyyət göstərən onlarla sahibkar işgüzar əlaqələrin genişlənməsi üçün bir araya gəlib. Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunu təmsil edən iş adamları bu tədbir vasitəsilə geniş əlaqələr quracaqlarına və inkişafa doğru daha ciddi addımlar atılacağına ümidvar olduqlarını bildiriblər. Bu dəfəki görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları təmsil etdikləri qurumların fəaliyyətləri barədə ətraflı məlumat veriblər. ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir çıxışında açıq məkanda reklamı olan sahibkarların işinin asanlaşdırılması istiqamətində görülən işlərdən, o cümlədən yeni yaradılan və təkmilləşdirilən ADRA-nın İcazələr Sistemi barədə danışıb. “Reklam Haqqında Azərbaycan Respublikası Qanunu”na edilən dəyişikliklər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb. Qeyd olunub ki, iş adamlarının açıq məkandakı reklamlarla bağlı müraciətlərinə daha operativ reaksiya verilməsi üçün ADRA-nın 1412 Çağrı Mərkəzi, eləcə də (077) 6771412 whatsap nömrəsi yaradılıb. Eyni zamanda Agentliyin sosial şəbəkələrdəki platformaları üzərindən də müraciətlərin qəbul olunduğu vurğulanıb.  

Digər xəbərlər