Azərbaycan Respublikasının Dövlət Reklam Ageniliyi yanında İctimai Şuraya namizədlərin sənədləri qəbul edilir
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, sözügedən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın üzvlərinin təyin olunması məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının namizədlərinin seçilməsini elan edir.
Namizədlərin seçilməsinə aid tələblər:
İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
Sənədlərin qəbulu və baxılması
Qeydiyyat üçün elektron formada sənədlər ictimaishura@adra.gov.az elektron poçt ünvanına göndərilməlidir. Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Agentliyin Çağrı Mərkəzi (1412) ilə əlaqə saxlamaq olar. Qeydiyyat üçün sənədlər 22 noyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 17 dekabr 2021-ci il tarixində başa çatacaq.