Xəbərlər

Müasir dövrün kommunikasiyasına yeni baxış

12 May 2022, 11:34

 

            “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda keçirilən silsilə seminarlar başa çatıb. Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları iştirak ediblər. Yerli və xarici mütəxəssislərin cəlb olunduğu interaktiv müzakirələrə ADRA-nın mətbuat katibi Hüseyn Azəri də qatılıb. Bağlanış mərasimində seminarları uğurla bitirən 40 iştirakçıya sertifikatlar təqdim edilib. Təltifetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov məzunlara uğurlar arzulayıblar. Bildirilib ki, dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi gözəl təşəbbüsdür və bu kommunikasiyanın inkişafına xidmət edir. Qeyd edək ki, silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.

Digər xəbərlər