Xəbərlər

ADRA “Əsgərin kitab rəfi” adlı kitabtoplama aksiyasına qoşulub

26 İyul 2022, 12:18

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Əsgərin kitab rəfi” adlı kitabtoplama aksiyasına qoşulub.

Kitabları təhvil alan “İrəli” İctimai Birliyinin nümayəndəsi Arif Rəhimli Agentliyə əsgərlərimiz üçün nəzərdə tutulmuş kitabtoplama aksiyasına dəstək olduğuna görə təşəkkürünü bildirib. O,  ADRA-nın bu kampaniyada iştirakını “Əsgərin kitab rəfi”nin zənginləşməsində mühüm addım kimi qiymətləndirib.

Qeyd edək ki, aksiya çərçivəsində toplanan elmi, bədii, publisistik və digər janrlarda olan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq. Kitabların toplanması Bakı şəhərində “İrəli” İctimai Birliyinin ofisi, regionlarda isə Heydər Əliyev Mərkəzlərində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri tərəfindən həyata keçirilir.

Digər xəbərlər