Xəbərlər

ADRA-da sahibkarlarla növbəti görüş keçirilib

14 Sentyabr 2022, 12:07

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) nüməyəndələri arasında növbəti görüş keçirilib. ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir 230-dan çox geyim mağazasını özündə birləşdirən Assosiasiya üzvlərinə açıq məkanda reklamlarla bağlı son dövrlər həyata keçirilən layihələrdən danışıb, iş adamlarını maraqlandıran sualları cavablandırıb. Fasad reklamları ilə bağlı standartlardan bəhs edən şöbə müdiri hazırlanan layihənin baxılma mərhələsində olduğunu diqqətə çatdırıb. Bu layihənin gerçəkləşməsində sahibkarların fikirlərinin də vacibliyi  vurğulanıb.

Digər xəbərlər