Xəbərlər

ADRA əməkdaşlarının maaşları 20% artırıldı

27 Dekabr 2023, 11:00

 

Ölkə iqtisadiyyatının dinamik inkişafı onun maliyyə imkanlarını genişləndirib. Azərbaycan Respublikası Prezidentinin apardığı hərtərəfli uğurlu və düşünülmüş siyasət nəticəsində Azərbaycan iqtisadi cəhətdən yüksək göstəricilərə malik ölkəyə çevrilib. Respublikamızda gedən bu inkişaf açıq məkanda reklam sahəsindən gələn gəlirlərə də təsirsiz ötüşməyib. 2023-cü ildə, xüsusilə ilin ikinci yarısında açıq məkanda reklamların qeydiyyata alınması ilə bağlı daxil olan müraciət sayı, dövlət rüsumu və yayım haqlarının yığımı məbləği açıq məkanda reklam sahəsi tarixində  bütün fəaliyyət dövründə qeydə alınmış maksimal həddi aşıb. Qeyd olunanları, işçilərin sosial rifahının yaxşılaşdırılmasına dair ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıq və tövsiyyələri əsas tutaraq Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov əməkdaşların əmək haqlarının 2024-cü ildə 20% artırılması ilə bağlı əmr imzalayıb.

Digər xəbərlər