Xəbərlər

İnsan alveri ilə sən də mübarizə apar!

23 Fevral 2024, 14:30

 

    Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən xüsusi diqqətdə saxlanılan sahələrdən biri də insan alverinə qarşı mübarizədir. İnsan alveri milli və ya beynəlxalq səviyyədə müasir dünyanın qarşılaşdığı, çox hallarda isə mütəşəkkil cinayətkarlıqla əlaqəlidir. Bu cinayətlə mübarizənin yollarından biri qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir.

   Dövlətimiz insаn аlvеrinə qаrşı mübаrizəni yüksək səviyyədə təşkil еtməkdə dаima isrаrlı mövqе sərgiləyir. Bunun bariz nümunəsi оlаrаq Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 2020-ci il iyulun 22-də imzalandığı Sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sosial bəlanın nəticələrinin aradan qaldırılması, potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şəraitin yaradılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reabilitasiyası, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi istiqamətlərində müvafiq tədbirlərin görülməsi Milli Fəaliyyət planının əsas hədəflərindəndir.

   Şəxsin insan alverindən zərər çəkməsi ehtimal edildikdə, yaxud insan alveri ilə bağlı cinayətlərin törədilməsi və ya hazırlanması digər orqanlar tərəfindən aşkar edildikdə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dərhal məlumat verilməli, müvafiq sənədlər həmin quruma təqdim edilməli və zəruri kömək göstərilməlidir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin qaynar xətti 152-dir. 

Digər xəbərlər