Xəbərlər

Gəncədə açıq məkanda reklamı olan sahibkarlarla görüş keçirilib

18 Mart 2024, 16:30

 

    Sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində bir sıra dövlət qurumları ilə yanaşı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsinin də sahibkarlarla görüşü təşkil edilib. Açıq məkanda reklamı olan sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanan görüşdə iş adamlarının suallarını Gəncə Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müdiri Ramin Kazımov cavablandırıb. Maarifləndirmə xarakterli görüşdə bu sahədə qanunvericiliyə edilən son dəyişikliklər barədə məlumat verilib, Agentliyin 1412 Çağrı Mərkəzinin iş adamlarının suallarını operativ şəkildə cavablandırmağa hazır olduğu diqqətə çatdırılıb, eyni zamanda qurumun KOB evlərində də sahibkarlara xidmət göstərildiyi vurğulanıb.

 

Digər xəbərlər