Xəbərlər

ADRA-da ərazi reklam idarə rəislərinin iştirakı ilə iclas keçirilib

29 May 2024, 16:00

    Mayın 29-da ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə ərazi reklam idarə rəislərinin iclası keçirilib. İclasda əsasən Bakı ilə yanaşı regionlarda da Agentliyin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə edilib. Açıq məkandakı reklamlara nəzarət edən və tənzimləyici qurum kimi bu sahədə ilk növbədə şəffaflıq və hesabatlılıq xüsusi əhəmiyyət daşıyır deyən sədr açıq məkanda reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə diqqət yetirilməsinin, reklamlarda dövlət dilinin istifadəsinə dair tələblərə əməl olunmasının vacibliyinə diqqət çəkib. Fərhad Adıgözəlov Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, habelə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Agentliyin ərazi reklam idarələrinin rəislərinə tapşırıqlarını verib. Iclasda Agentliyin fəaliyyətində innovativ texnologiyaların tətbiqi barədə, həmçinin gələcək hədəflər yönündə tövsiyə və tapşırıqlar dinlənilib.

Digər xəbərlər