Xəbərlər

Açıq məkandakı reklamlarda müəlliflik hüququ barədə məsələlər müzakirə olunub

17 İyul 2024, 11:35

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovla Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov arasında görüş keçirilib.

F.Adıgözəlov ölkədə açıq məkanda reklam fəaliyyəti, bu sahənin inkişafı yönündə şəffaflığın təmin edilməsi, reklamlarda qanunvericiliyin tələblərinə riayət olunması, həmçinin dövlət dilinin qorunması məsələlərindən danışıb.  

K.İmanov Agentliyi ziyarət etdiyinə görə F.Adıgözəlova təşəkkürünü bildirib, Agentliyin fəaliyyəti, strukturu və tabeliyində olan qurumlar barədə məlumat verib.

Görüşdə açıq məkandakı reklamlarda müəlliflik hüququ barədə fikir mübadilələri aparılıb, hər iki qurumun qarşılıqlı fəaliyyət istiqamətləri, həmçinin gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. İki Agentlik arasında əməkdaşlıq haqqında yaxın zamanda memorandumun imzalanması məqsədəuyğun sayılıb.

Digər xəbərlər