Bakı və regionlardan olan sahibkarların açıq məkandakı reklamlarla bağlı sualları cavablandırılıb
Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlar arasında yeni əlaqələrin qurulması istiqamətində görüş təşkil edilib. “Marsol Group”un təşkil etdiyi onlayn görüşdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Media və kommunikasiya şöbəsinin müdiri İmmiyə Zamanova sahibkarları Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumatlandırıb. Maarfləndirici xarakterli növbəti görüş 30-dan çox “Marsol Group” partnyorunun iştirakı ilə baş tutub. ADRA nümayəndəsinin iştirak etdiyi görüşdə digər dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu Ceyhun Nəcəfov və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Qeyri-formal və in-formal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova iştirak ediblər. Görüşün sonunda 2024-2025-ci il “Marsol Group” partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.