Xəbərlər

ADRA nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə sahibkarların maarifləndirilməsinə xüsusi önəm verilib

13 May 2025, 15:50

 

    Marsol Group-un təşkilatçılığı ilə baş tutan tədbirdə 30-dan çox partnyor şirkət, o cümlədən bir sıra xanım sahibkarlar bir araya gəlib. Görüş çərçivəsində ənənəvi təqdimatlar həyata keçirilib, iştirakçılar arasında əməkdaşlıq imkanlarının müzakirəsi üçün münbit mühit formalaşıb və yeni iş fürsətləri dəyərləndirilib.

   Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova tədbirdə çıxış edərək Agentliyin fəaliyyət istiqamətləri, açıq məkandakı reklam sahəsində tətbiq olunan normativ tənzimləmələr barədə geniş məlumat verib. O, xüsusilə ADRA-nın sahibkarların maarifləndirilməsi və qanunvericiliklə bağlı biliklərinin artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərin önəmini vurğulayıb.

    ADRA nümayəndəsinin iştirakı sahibkarlar üçün həm praktiki məlumat almaq, həm də reklam sahəsində suallarına birbaşa cavab tapmaq baxımından faydalı olub. Bu, dövlət-sahibkar əməkdaşlığının inkişafına töhfə verməklə yanaşı, açıq məkandakı reklam bazarında peşəkarlığın artırılması üçün də mühüm addım kimi qiymətləndirilib.

    Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev  iştirak edərək qurumun xidmətləri və özəl sektorla əməkdaşlıq imkanları haqqında məlumat verib.

Digər xəbərlər