Xəbərlər

ADRA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar 2025, 17:00

 

    20 Yanvar faciəsinin ildönümü münasibətilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin xatirəsi ehtiramla anılıb, məzarları üzərinə qərənfillər düzülüb və ruhlarına dualar oxunub.

    1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələr Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli qürur və birlik simvoludur. Bu hadisələr nəticəsində xalqın iradəsi daha da güclənmiş və müstəqillik arzusu reallığa çevrilmişdir.

Digər xəbərlər