Xəbərlər

ADRA-nın ərazi reklam idarələrinin hesabat iclası keçirilib

3 Fevral 2025, 15:20

 

     Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Aparatında ərazi reklam idarələrinin rəislərinin iştirakı ilə 2024-cü ilin yekunlarına həsr olunan hesabat iclası keçirilib. ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun sədrliyi ilə baş tutan toplantıda ərazi reklam idarələrinin rəisləri ötən ilin yekunları ilə bağlı hesabatlarını təqdim ediblər.

    İclasda 2024-cü il ərzində verilən tapşırıqların icra vəziyyəti müzakirə olunub və gələcək hədəflər müəyyənləşdirilib. Bildirilib ki, indiyədək açıq məkandakı reklamlarla bağlı qanunvericilik aktlarının tələblərinə uyğun olaraq xeyli işlər görülüb, nöqsan aşkarlanmış reklamların yayımının qarşısı alınıb.

    Açıq məkanda reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə diqqət yetirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin, rəqəmsal reklam daşıyıcılarının artırılması və müasir texnologiyalardan istifadənin genişləndirilməsi perspektivləri müzakirə olunub.

    Qarşıya qoyulmuş hədəflərə qısa zaman ərzində çatmaq üçün Agentliyin Aparatı ilə koordinasiya və müvafiq qurumlarla birgə iş fəaliyyətinin də əhəmiyyəti qeyd olunub. İclasın sonunda ərazi reklam idarələrinin rəislərinə bir sıra tapşırıqlar verilib və gələcək fəaliyyət istiqamətləri müəyyən olunub.

Digər xəbərlər