Xəbərlər

Binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblərlə bağlı təlim keçirilib

25 Fevral 2025, 14:00

 

    Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşları üçün paytaxt ərazisindəki binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblərlə bağlı təlim keçirilib. Təlimi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Aparatının Reklam layihələrinin tərtibi və estetik ekspertizası şöbəsinin müdiri Pərvanə Əliyeva aparıb.

    Təlim zamanı Bakı şəhərinin ərazisində yerləşdirilən reklam qurğularının qanunvericiliyin tələblərinə cavab verməsi, təhlükəsizlik normalarına riayət edilməsi və şəhər estetikasına uyğunluğu kimi əhəmiyyətli məsələlər müzakirə edilib. Pərvanə Əliyeva əsasən fasad reklamlarına icazə verilərkən onların tikililərin çöl tərəfinin ölçülərinə uyğunluğuna, memarlıq elementlərindən azad hamar hissələrində yerləşdirməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Açıq məkanda reklam qurğularının quraşdırılmasına icazə zamanı nəzərə alınmalı olan texniki və hüquqi aspektlər barədə geniş məlumat verilib.

    Qeyd edək ki, bu cür təlimlər mütəmadi olaraq təşkil ediləcək və əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönələcək. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər