Xəbərlər

ADRA Şuşa və Xankəndi şəhərlərindəki “İftar çadırları”na təşkilati dəstək göstərib

29 Mart 2025, 15:00

 

    Müqəddəs Ramazan ayı münasibətilə “Nargis” Fondu tərəfindən Şuşa və Xankəndidə iftar çadırları qurulub. 22-23 mart tarixlərində Şuşada, 25-27 mart tarixlərində isə Xankəndidə təşkil olunan iftar süfrələrində bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar. Beş gün ərzində yüzlərlə insan iftar süfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib. Builki “İftar çadırları” Şuşa və Xankəndi şəhərlərində bir sıra şirkətlərin sponsorluğu və müxtəlif qurumların təşkilati dəstəyilə həyata keçirilib. Təşkilatı dəstək göstərənlər arasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də olub.

 

 

Digər xəbərlər