ADRA nümayəndəsi sahibkarların suallarını cavablandırıb
Lənkəran şəhərində “Sahibkarların dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması” mövzusunda görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil edilən görüşdə Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi, Azərbaycan Biznesinin İnkişaf Fondu, “ABAD” publik hüquqi şəxsi, Azərbaycan Standartlaşdırma İnstitutu, “Azəriqaz” İstehsalat Birliyi, “Marsol Group” şirkəti və bir sıra sahibkarlıq subyektləri ilə birgə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib.
Tədbirdə iştirak edən Lənkəran Regional Reklam İdarəsinin nümayəndəsi sahibkarların açıq məkanlarda reklam yerləşdirilməsi, qanunvericiliyin tələbləri və icazə mexanizmləri ilə bağlı suallarını cavablandırıb, mövcud qaydalarla bağlı ətraflı məlumat verərək sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirib.
“Azərişıq” ASC-nin nümayəndəsi isə sahibkarlıq obyektlərində yarana biləcək texniki çətinliklər, onların operativ həlli və dövlət qurumları ilə koordinasiya məsələləri barədə çıxış edib. Həlli mümkün olan bir sıra problemlər elə yerindəcə aradan qaldırılıb və aidiyyəti üzrə qeydlər aparılıb.
Digər xəbərlər