Xəbərlər

ADRA - 5 illik fəaliyyət və gələcəyə baxış

14 Fevral 2023, 16:37

 

Beynəlxalq Muğam Mərkəzində “ADRA 5 illik fəaliyyət və gələcəyə baxış” adlı hesabat tədbiri keçirilib. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) Aparatının və Bakı Şəhəri Reklam İdarəsinin rəhbər heyəti və əməkdaşlarının iştirak etdiyi toplantı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ADRA Aparatının rəhbəri Nahid Qasımov, BŞRİ-nin rəisi Mehdi Ağayev və Agentliyin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahirin hesabat çıxışları olub. Ümümmilli lider “Heydər Əliyev ili” çərçivəsində baş tutan tədbirdə Ulu öndərin vəsiyyətinin həyata keçdiyi, Qarabağa qovuşan tarixdən bəhs edən film nümayiş etdirilib. ADRA-nın yarandığı gündən Agentlikdə çalışan, eləcə də fəaliyyəti ilə fərqlənən əməkdaşların mükafatlandırılmasından sonra toplantı Bakı Şəhəri Reklam İdarəsinin 5 illik fəaliyətindən bəhs filmin nümayişi ilə yekunlaşıb.

 

 

 

Digər xəbərlər