Xəbərlər

ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov vətəndaşları qəbul edib

5 İyul 2024, 15:45

    Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində vətəndaş qəbulu keçirilib. Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qəbulda iştirak edən vətədaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Qəbul zamanı qaldırılan məsələlərin araşdırılacağı və Agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vətəndaşlar ADRA-nın www.adra.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentlik rəsmilərinin qəbuluna yazıla bilərlər. 

Digər xəbərlər